Bakı şəhər Baytarlıq İdarəsinin rəisi və müavini işdən çıxarılıb

Bakı şəhər Baytarlıq İdarəsinin rəisi və müavini işdən çıxarılıb
# 18 oktyabr 2012 14:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Rəşid Abbasov və onun müavini Aslan Aslanov vəzifələrindən azad edilib. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, həmin şəxslər kənd təsərrüfatı naziri İsmət Abbasovun əmrinə əsasən, işdən çıxarılaraq başqa vəzifələrə təyin ediliblər. Y. Xanvəlinin sözlərinə görə, R. Abbasov nazirliyin İnvestisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri, A. Aslanov isə 20 nömrəli Baytarlıq-sanitariya ekspertizası laboratoriyasına direktor təyin edilib.

Y. Xanvəli onu da qeyd edib ki, artıq Bakı şəhər Baytarlıq İdarəsi rəis müavini vəzifəsinə təyinat da olub. Bu vəzifəyə Baytarlıq müalicəxanasının rəisi Şahmar Abdullayev təyin olunub. Bakı şəhər Baytarlıq İdarəsinə isə hələlik yeni rəisi təyin edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR