Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub
# 06 sentyabr 2012 12:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, sentyabrın 5-də saat 22.00 radələrində İmişli rayonunun Allahmədətli kəndi ərazisində, rayon sakini Namiq Zeynalov «Mercedes» markalı avtomaşını idarə edərkən onu Ağsu rayon sakinləri Ruslan Məmmədovun idarə etdiyi «KamAZ» markalı, sonradan isə idarəetməni itirdiyindən qarşıda gedən Rəfayel Baxşıyevin idarə etdiyi «TATRA» markalı avtomaşınlara vurub. Nəticədə N. Zeynalov və sərnişini Mehparə Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR