Azərbaycanda çörək istehsalının qanunauyğunluğu yoxlanılır
17 oktyabr 2012 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən çörək istehsalının qanunauyğunluğu yoxlanılır.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi-13 ünvanında Zemfira Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı çörəyin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə çörəyin qablaşdırılmasında mənşəyi məlum olmayan kağız paketlərdən istifadə edildiyi müəyyənləşdirilib.
Bundan başqa, yoxlama zamanı məhsulun üzərində istehsalçı müəssisənin adı, istehsal tarixi, enerji dəyəri, zülal, yağ və karbohidratlar barədə məlumatların qeyd edilmədiyi, habelə çörəyin laborator müayinədən keçirilmədən satıldığı aşkarlanıb.
Qanun pozuntuları ilə əlaqədar, çörək istehsalının dayandırılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Zemfira Hüseynovaya icrası məcburi göstəriş verilib.

Sahibkarlıq
Kazan Forumunda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair dəyirmi masa keçirilib
18:24
17 may 2024
Mahayət Nəbiyev: “Kristal Abşeron" tikintidə enerji qənaəti üçün innovativ texnologiyalarda istifadə edir
17:35
17 may 2024
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024