Azərbaycanlı alim Türkiyədə “İzmirin qurtuluşunun Azərbaycan mətbuatında işıqlandırılması” mövzusunda çıxış edib - FOTO

Azərbaycanlı alim Türkiyədə “İzmirin qurtuluşunun Azərbaycan mətbuatında işıqlandırılması” mövzusunda çıxış edib - <font color=red>FOTO</font>
# 15 oktyabr 2012 13:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, böyük elmi işçi, t.ü.f.d. İradə Məmmədova Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq elmi konfransda iştirak edib.

APA-nın xəbərinə görə, Ege Universiteti Ədəbiyyat fakültəsi tarix bölümü, Atatürk Ölkələri İnqilab Tarixi Araşdırma və Tətbiq Mərkəzi və Atatürk Araşdırma Mərkəzinin birlikdə təşkil etdiyi “Qurtuluş və quruluşun simvol mərkəzi İzmir” adlanan II Beynəlxalq Tarix simpoziumunda İ.Məmmədovanın “İzmirin qurtuluşunun Azərbaycan mətbuatında işıqlandırılması” mövzusunda çıxışı maraqla qarşılanıb.
Atatürk başda olmaqla türk xalqının 15 may 1919-cu ildə İzmirin yunanlar tərəfindən işğalı ilə başlayan milli mücadiləsinin 1922-ci ilin sentyabrın 9-da İzmirin azad olunması ilə bitən şanlı qələbəsinin həmin dövrün Azərbaycan mətbuatında da geniş işıqlandırıldığını vurğulayan İ.Məmmədova çıxışında Nəriman Nərimanovun da daxil olduğu Zaqafqaziya İttifaq Sovetinin üzvləri və Xüsusi Qafqaz Qızıl Ordusunun İnqilabi Hərbi Şurası tərəfindən TBMM sədri Mustafa Kamal Atatürkə göndərilən təbrik teleqramını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Tarixçi alim yekun olaraq bildirib ki, gələcəkdə Türkiyə Cümhuriyyətinin qurulmasına səbəb olacaq İzmirin qurtuluşu türk qalibiyyət tarixinin şanlı səhifələrindən biridir: “Türklərlə eyni qandan və candan olan Azərbaycan türkləri türk xalqının milli mücadiləsində öz mənəvi və maddi köməklərini qardaşlarından əsirgəməyiblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR