ADU-da Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

ADU-da Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 01 noyabr 2012 13:00 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans 2 saylı İngilis dili fakültəsinin dekanı, dosent Vəfa Bənnayevanın təşəbbüsü və həmin fakültənin tələbələrinin iştirakı ilə baş tutub.

V.Bənnayeva qonaqları salamlayaraq konfransı açıq elan edib və tədbirin tələbələrin Fikrət Əmirov yaradıcılığı ilə yaxından tanış olması məqsədini daşıdığını qeyd edib. F.Əmirovun həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişindən sonra Azərbaycan Milli Konservatoriyasının professoru Nailə Rəhimbəyli profil nöqteyi-nəzərdən musiqi sahəsindən uzaq olan bir təhsil ocağında F. Əmirov yaradıcılığına həsr olunmuş konfrans keçirilməsini təqdirəlayiq bir addım hesab edərək, bunu yüksək qiymətləndirib: “Biz xoşbəxt xalqıq ki, Azərbaycanımızın Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev kimi bəstəkarları var”.

Sonda tələbələrin ifasında F.Əmirov yaradıcılığından nümunələr səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR