Kanadanın xarici işlər naziri Azərbaycanın bu ölkədəki səfirini qəbul edib

Kanadanın xarici işlər naziri Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
# 18 oktyabr 2012 21:02 (UTC +04:00)
Bakı-APA. Kanadanın xarici işlər naziri Con Beyrd (John Baird) Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyevi qəbul edib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Görüş zamanı tərəflər arasında Azərbaycan-Kanada ikitərəfli münasibətləri, regional təhlükəsizlik və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR