Maya Pancikidze: “Gürcüstanın xarici siyasət kursu dəyişməyəcək” - FOTO

Maya Pancikidze: “Gürcüstanın xarici siyasət kursu dəyişməyəcək” - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 11:33 (UTC +04:00)
APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu sözləri yeni hökumətdə xaric işlər naziri vəzifəsinə təqdim olunan “Gürcü Arzusu” koalisiyasının mətbuat sözçüsü Maya Pancikidze deyib. O bildirib ki, Avropa və Avroatlantik strukturlara inteqrasiya gürcü xalqının seçimidir: “Mən 16 il diplomatik xidmətdə çalışmışam və həmin dövrdə bu məsələ fəaliyyətimin əsas istiqamətini təşkil edib. Bizim əsas tərəfdaşımız ABŞ olacaq və mövcud münasibətlər daha da dərinləşməlidir. Lakin biz yaxın və uzaq qonşuları da unutmamalıyıq. Biz Rusiya ilə münasibət qurmalıyıq, lakin aydındır ki, bu ölkə ilə problemləri 1-2 günə həll edə bilmərik”.

M. Pancikidzenin fikrincə, Gürcüstan Rusiya ilə ümumi maraq sahələrini tapmalıdır: “Gürcüstanın ərazi bütövlüyü probleminin həlli Rusiya ilə əlaqə olmaqdan mümkün deyil. Rusiya anlamalıdır ki, Gürcüstanın ərazisində üç səfirlik (Tiflis, Suxumi, Sxinvali) mövcud ola bilməz və işğal olunmuş ərazilərin məsələsi heç vaxt Gürcüstanın güzəştə gedəcəyi bir məsələ olmayacaq”.

Qeyd edək ki, M. Pancikidze 2004-2007-ci illərdə Gürcüstanın Almaniyadakı, 2007-2010-cu illərdə isə Niderlanddakı səfiri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR