Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri 7 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçiriblər

Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri 7 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçiriblər
# 20 dekabr 2011 10:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun (MPM) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MPM qrupunun üzvləri cəzaçəkmə müəssisindəki vəziyyətin müsbət istiqamətə dəyişdiyini müşahidə ediblər. Müəssisədə saxlanılan məhkumlarla söhbət zamanı onlar müəssisəyə yeni rəis təyin olunduqdan sonra məhkumlarla rəftar və tibbi təminat məsələlərinin xeyli yaxşılaşdığını söyləyiblər. Bundan başqa müəssisədə abadlıq işlərinin aparıldığı, təmizliyə riayət olunduğu, bəzi yerlərin təmir edildiyi müşahidə edilib. Saxlanma şəraitinin yaxşılaşdırılması məqsədi ilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

7 saylı cəzaçəkmə müəssisəsinə həyata keçirilən başçəkmənin nəticələri ilə bağlı ombudsman tərəfindən ədliyyə nazirinə müraciət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR