Bakıda “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək

Bakıda “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək
# 22 oktyabr 2012 09:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dekabrın 13-dən 14-dək Bakıda “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfrans AMEA Nəsimi adına Dilçilik İnstitutu və AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə baş tutacaq.

Konfransda ali və orta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması, mətbuat, TV, radioda dil məsələlərinə həsr olunan çıxış və müzakirələrin təşkili məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR