“Azərsu”da YAP-ın yaranmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

“Azərsu”da YAP-ın yaranmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib - <font color=red>FOTO</font>
# 05 noyabr 2012 13:32 (UTC +04:00)
Bakı – APA-Economics. Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illik yubileyi münasibətilə “Azərsu” ASC-də tədbir keçirilib.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlcə YAP-ın qurucusu və ilk sədri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-ın yaranma tarixinə nəzər salaraq, partiyanın ölkənin ictimai-siyasi həyatında misilsiz xidmətləri olduğunu bildirib. Azərbaycanın tarixində özünəməxsus yer tutan, yaradıcısı Heydər Əliyev olan, hazırda prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın amalı dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın sosial rifah halını yaxşılaşdırmaqdan ibarət olub: “Ölkənin su təchizatı və kanalizasiya sektorunda reallaşdırılan iri layihələr Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə Kür Sutəmizləyici Qurğular Kompleksi tikilib, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına qərar verilib, su təchizatı sektoruna böyük həcmdə xarici investisiyalar cəlb edilib. Bu sahədə işlərin məntiqi davamı olaraq prezident İlham Əliyevin rəhbərliyi altında paytaxt və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Bu gün Bakı şəhəri və Abşeron yarımadasından başqa, ölkənin 35 şəhəri və 265 kəndinin su təchizatı yenidən qurulur”.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, “Azərsu” ASC üzrə ilk ərazi təşkilatının sədr müavinləri Etibar Məmmədov və Heydər Abbasov, partiya üzvü Nərgiz İlyasova ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışmış, Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs ediblər.

Tədbirin sonunda partiya sıralarına qəbul edilən 24 nəfərə üzvlük vəsiqələri təqdim olunub.

Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin 2520 nəfər işçisi və ya kollektivin hər 4 üzvündən biri YAP-ın üzvüdür. Bunların 450 nəfəri isə son bir ildə partiya sıralarına qəbul olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR