Daha bir Rusiya aviaşirkəti Azərbaycan bazarına çıxır

Daha bir Rusiya aviaşirkəti Azərbaycan bazarına çıxır
# 02 noyabr 2012 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Tatarıstanın «Ak Bars Aero» aviaşirkəti Kazan-Bakı-Kazan marşrutu üzrə birbaşa aviareyslərə başlayır.

«APA-Economics»in Kazan hava limanının yaydığı xəbərə istinadən verdiyi məlumata görə, Kazandan Bakıya və əks istiqamətdə uçuşlar hər həftənin V günləri yerinə yetiriləcək. Kazandan Bakıya uçuş yerli vaxtla saat 17:00-da, Bakıdan Kazana isə saat 20:45-də həyata keçiriləcək. Bir tərəfə uçuş vaxtı 2 saat 50 dəqiqə təşkil edir. Sözügedən marşrut üzrə uçuşlar Kanada istehsalı olan 50 nəfərlik «CRJ-200 Bombardier» təyyarəsi ilə yerinə yetiriləcək. Kazan-Bakı aviareysinə bir istiqamətdə biletin minimal qiyməti 5 600 Rusiya rublu (140 manat) təşkil edir.

Bununla da, Bakı ilə Kazan arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Belə ki, hazırda bu marşrut üzrə uçuşları hər həftənin II günləri saat 14:30-da «Tatarıstan» aviaşirkəti də yerinə yetirir. Şirkət bu marşrutla uçuşları «Boeing 737-500» avialayneri ilə həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR