Milli Məclisin üzvləri Latviyaya səfər edəcək

Milli Məclisin üzvləri Latviyaya səfər edəcək
# 03 noyabr 2012 10:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Milli Məclisin bir qrup deputatı Latviyaya səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 4-də Milli Məclisin deputatları Rövşən Rzayev, Aydın Abbasov, Fuad Muradov və Sədaqət Vəliyeva Latviyanın paytaxtı Riqa şəhərinə gedəcəklər. Səfər Latviya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Yanis Reirsin dəvəti əsasında həyata keçirilir.

Səfər müddətində deputatlar Latviya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun, Parlament İslahat Partiyasının, Büdcə və maliyyə (vergi) komitəsinin, Konkord mərkəzi parlament qrupunun, Latviya Seymi Xarici işlər komitəsinin, Parlament Yaşıllar və Fermerlər İttifaqının, Parlament Birlik qrupunun üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.

Danışıqlar zamanı deputatlar hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və digər aktual məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Səfər noyabrın 7-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR