Lənkəranda əxlaqsızlıq yuvası aşkarlanıb

Lənkəranda əxlaqsızlıq yuvası aşkarlanıb
# 10 oktyabr 2012 09:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran şəhərində əxlaqsızlıq yuvası aşkar edilib. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Mirqasım Kazımov məlumat verib. Onun sözlərinə görə, polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakinləri, 1958-ci il təvəllüdlü Tükəz Fərman qızı Abdullayevanın və 1959-cu il təvəllüdlü Sevda Şükür qızı Hüseynovanın şəhərin Sahil küçəsi, 113 ünvanında əxlaqsızlıq yuvası təşkil etdikləri müəyyənləşdirilib. Əvvəllər də eyni əməllərə görə məhkum olunmuş hər iki şəxs barəsində məhkəmənin hökmü ilə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 243.1 və 244.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR