Əli Laricani: “ABŞ İranın nüvə proqramı məsələsində macəra axtarışındadır”

Əli Laricani: “ABŞ İranın nüvə proqramı məsələsində macəra axtarışındadır”
# 08 noyabr 2012 09:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ İranın nüvə proqramı məsələsində macəra axtarışındadır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

Onun sözlərinə görə, İran dəfələrlə nüvə silahı istehsal etmək niyyətində olmadığını açıq şəkildə bildirib: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) də İranın nüvə obyektlərinə nəzarət edir və indiyədək yoxlamalar zamanı bununla bağlı heç bir sübuta rast gəlinməyib. Ancaq bununla belə, ABŞ hər dəfə nüvə müzakirələri zamanı yeni bir bəhanə ortaya ataraq təxribatla məşğul olur”.

Ə.Laricani vurğulayıb ki, ötən 30 il ərzində ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi planlar müvəffəqiyyətsizliyə uğrayıb: “Bu baxımdan Ağ Evin ölkəmizə qarşı sanksiya siyasəti də nəticəsiz qalacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR