İran yeni snayper və zirehli texnika istehsal edib

İran yeni snayper və zirehli texnika istehsal edib
# 01 oktyabr 2012 06:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran yerli istehsal olan “Şahər” snayperini və “Neyneva" zirehli texnikasını nümayiş etdirib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə İran Quru Qoşunlarının komandanı, general-polkovnik Əhmədrza Purdəstan da iştirak edib.

Diametri 14,5 mm, çəkisi 22 kq, uzunluğu 185 sm olan “Şahər” snayperi 4 min metr məsafədə hədəfi vurmaq, beton sığınacaqları, zirehli vasitələri, vertolyotları və s. məhv etmək qabiliyyətinə malikdir.

Uzunluğu 7 metr, eni 2.5 metr, hündürlüyü 2.8 metr olan 240 at gücünə malik “Neyneva” zirehli texnikası isə 2.5 ton, zəruri hallarda 5 ton yük daşıya bilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR