İtaliyanın mühəndislik şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir

İtaliyanın mühəndislik şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir
# 01 oktyabr 2012 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İtaliyanın «Greenline» şirkəti Azərbaycanda yerli mühəndislik şirkətlərindən biri ilə birgə müəssisə yaratmaq niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «Greenline» şirkəti hidravlika mühəndisliyi, tullantıların idarə edilməsi, çirklənmiş ərazilərin təmizlənməsi, alternativ enerji mənbələri, ətraf mühitə təsirin dəyərləndirilməsi, peyk vasitəsi ilə ekoloji qiymətləndirilmələr, elektromaqnit sahələrinin ölçülməsi və onun insan təsiri sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdən biridir.

«Greenline» nümayəndələri şirkətin yaratdığı «Skylab» adlı laboratoriyanın xidmətlərini təklif edir. Sözügedən laboratoriya kimyəvi, ekoloji, kənd təsərrüfatı və sənaye analizlərinin aparılması üçün nəzərdə tutulub. Şirkət Azərbaycanda yerli mühəndislik şirkətlərindən biri ilə tərəfdaşlıq əlaqələri quraraq birgə müəssisə yaratmaqda maraqlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR