İran xarici işlər nazirinin müavini: “İrana hücum etmək İsrailə baha başa gələ bilər”

İran xarici işlər nazirinin müavini: “İrana hücum etmək İsrailə baha başa gələ bilər”
# 03 avqust 2012 16:26 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “Rəsmi Tehranın Dəməşqlə mövqeyi eynidir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyada səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullaxiyan keçirdiyi mətbuat konfransında deyib. O, İranın Suriya xalqını dəstəklədiyini bildirib: “Bizi Suriya xalqını və Bəşər Əsədin keçirdyi islahatları dəstəkləyirik. İran Suriya konfliktinin həllində xaricdən müdaxiləni psləyir. Qərb dövlətlərinin Suriyaya hərbi müdaxilə etmək istədiyini və terrorçulara dəstək verməsini pisləyirik. İran “Əl-Qaidə”nin Suriyada aktiv olmasına təəccüblənir. Qərb dövlətləri Suriyaya silahlar göndərirlər. Həmin silahlar da terrorçuların əlinə keçir”.

Rusiya prezidentinin Yaxın Şərq üzrə köməkçisi, Rusiya XİN başçısının müavini Mixail Boqdanovla Moskvada Suriya konfliktinin həlli ilə bağlı və eləcə də Yaxın Şərqlə bağlı məsləhətləşmələr apardığını söyləyən nazir müavini Suriya konfliktinin yeganə həlli yolunun siyasi danışıqlardan ibarət olduğunu bildirib: “Qərb dövlətlərinin hərbi müdaxiləsi problemi həll edə bilməz. Biz çox təəssüflənir ki, Qqərb dövlətləri Kofi Annan planının həyata keçirilməsinə imkan vermədilər. Tehran və Moskva bu gün də Annan planının həyata keçirilməsinin tərəfdarıdır. İran bir qayda olaraq Bəşər Əsəd hökumətinin sionist rejimə qarşı mübarizəsini dəstəkləyir”.

Abdullaxiyan İsrailin İrana hücum etməsi ilə bağlı sualı da cavablanıdırb. O bildirib ki, İrana hücum etmək İsrailə baha başa gələ bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR