Lənkəranda ev yanıb

Lənkəranda ev yanıb
# 29 sentyabr 2012 11:29 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 29-da saat 03.40 radələrində rayonun Vel kənd sakini, 1972-ci il təvəllüdlü İqbal İsabala oğlu Ramazanova məxsus birmərtəbəli, üçotaqlı fərdi yaşayış evində qeydə alınıb.

Yanğın barədə “101” xidmətinə məlumat daxil olan kimi hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib və onların səyləri ilə güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmasa da, yanğın nəticəsində ümumi sahəsi 160 kv.m. olan ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğına elektrik naqillərində qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR