Türkiyədə əsas ixrac boru kəmərlərinin mühafizəsinə həsr olunmuş komanda-qərargah təlimi keçiriləcək

Türkiyədə əsas ixrac boru kəmərlərinin mühafizəsinə həsr olunmuş komanda-qərargah təlimi keçiriləcək
# 19 sentyabr 2012 08:37 (UTC +04:00)
Bu barədə APA Türkiyə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

«Sonsuzluq-2012» (Eternity-2012) adlanan kompüter dəstəkli təlim ildə bir dəfə keçirilir. Hər üç ölkədən hərbçilərin, boru kəmərlərinin mühafizəsinə cavabdeh güc strukturlarının, kəmərlərin idarə edilməsinə cavabdeh idarələrin nümayəndələrinin qatılacağı təlimdə kəmərlərin ehtimal olunan təhdidlər zamanı mühafizəsi planları nəzərdən keçiriləcək. Təlimə Türkiyə tərəfdən Jandarma Qüvvələrinin və BOTAŞ-ın nümayəndələri də qatılacaq.

Sentyabrın 24-dən başlayacaq təlim 4 gün davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR