Azərbaycan İKT gəlirlərinin artım tempinə görə ümumdünya inkişaf tempini iki dəfə qabaqlayır - FOTO

Azərbaycan İKT gəlirlərinin artım tempinə görə ümumdünya inkişaf tempini iki dəfə qabaqlayır - <font color=red>FOTO</font>
# 02 oktyabr 2012 13:19 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da rabitə və informasiya texnologiyaları sahəsi artım tempinə və yayılmasına görə yüksələn xətlə inkişaf edir: «Son illər Azərbaycanda İKT sahəsində əldə olunan gəlirlərin artım tempi ümumdünya inkişaf tempini 2 dəfə üstələyərək hər il üçün təxminən 20-25% təşkil edir. Bu göstəricilərə görə, Azərbaycanın mövqeyi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir».

Nazirlik rəsmisi onu da qeyd edib ki, son 5-7 il ərzində Azərbaycan bu sahədə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.

«İKT sahəsində bir sıra göstəricisinə görə, Azərbaycan MDB məkanında liderdir», - deyə M.Əmirov əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR