İran yeni pilotsuz təyyarə istehsal edib - FOTO
05 noyabr 2012 07:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran şaquli qalxan və enən pilotsuz təyyarə istehsal edib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, noyabrın 4-də İran Hava-Kosmik Agentliyi və İran Mülki Müdafiə Təşkilatının iştirakı ilə təyyarənin sınaq uçuşu həyata keçirilib.
Təyyarə heç bir vasitəyə ehtiyac olmadan səssiz şəkildə yerində qalxmaq xüsusiyyətinə malikdir. Yerli mütəxəssislər tərəfindən istehsal edilmiş təyyarənin təqdimatı gələn il İslam İnqilabının ildönümü mərasimləri zamanı olacaq.
Qeyd edək ki, İran bundan əvvəl radardan yayına bilən “Liko” adlı pilotsuz təyyarə istehsal edib. Bu təyyarə üç saat havada qalmaq və 100 kiloqram yükü 100 kilometr məsafəyədək daşımaq xüsusiyyətinə malikdir. Bundan əlavə, İranın əlində uzaq məsafələri qət etmək xüsusiyyətinə malik “Kərrar” və “Şahid-129” adlı pilotsuz təyyarələr var. İran raket və bomba daşıyan “Kərrar”ı 2010-cu ilin avqustunda, 24 saat havada qala bilən “Şahid-29”u isə 2012-ci ilin sentyabrında elan edib. Eyni zamanda bir müddət əvvəl İsrail hava məkanını 100 kilometr keçdikdən sonra aşkar edilərək vurulan “Hizbullah”a aid “Eyub” adlı pilotsuz təyyarənin də İran istehsalı olduğu açıqlanıb.

Asiya
Mahmud Abbas Ər-Riyadda fələstinli girovların məsələsini müzakirə edəcək
16:15
27 aprel 2024
Türkiyə xarici işlər naziri Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək
14:43
27 aprel 2024
Hindistan sanksiyalara rəğmən Rusiyadan neft idxalını bərpa edib
10:02
27 aprel 2024
KİV: İsrail "Hizbullah"ın vacib simalarından biri məhv edib
09:46
27 aprel 2024