Niderlandın keçmiş müdafiə naziri: “NATO-nun Gürcüstan və Azərbaycanı yaxın zamanlarda üzvlüyə qəbul edəcəyini düşünmürəm”

Niderlandın keçmiş müdafiə naziri: “NATO-nun Gürcüstan və Azərbaycanı yaxın zamanlarda üzvlüyə qəbul edəcəyini düşünmürəm”
# 29 sentyabr 2012 10:43 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Niderlandın sabiq müdafiə naziri, Villem van Eekelen bildirib. Onun fikrincə, NATO və Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə əlaqələri genişləndirməli və mümkün qədər sıx əməkdaşlıq etməlidirlər.

Sabiq nazir NATO-nun regiondakı münaqişələrin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib: “Regionda çoxlu dəyişikliklər var. Amma belə görünür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Biz həmişə Minsk Qrupunu dəstəkləyirdik. Amma burada da bir nəticə yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR