Azərbaycan və Macarıstanın gənc sahibkarlar təşkilatları arasında memorandum imzalanıb
09 oktyabr 2012 12:58 (UTC +04:00)
Bakı – APA-Economics. Budapeştdə (Macarıstan) keçirilən Macarıstan-Azərbaycan biznes-forumu çərçivəsində Azərbaycan «Gənc Sahibkarlar Şəbəkəsi» İctimai Birliyi ilə Macarıstan Gənc Sahibkarlar Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədi «Gənc Sahibkarlar Şəbəkəsi» İB tərəfindən birliyin İdarə Heyətinin sədri Xaliq İldırımzadə, qarşı tərəfdən isə Assosiasiyanın sədri Patrik Kovacs imzalayıblar.
«APA-Economics»in məlumatına görə, imzalanmış sənəd tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, əməli və nəzəri biliklərin mübadiləsini nəzərdə tutur.
Forumda çıxış edən X.İldırımzadə «Gənc Sahibkarlar Şəbəkəsi» İB barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib və bildirib ki, Birlik Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir macar sahibkarına istənilən sahədə yardım etməyə hazırdır.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən Macarıstan-Azərbaycan biznes-forumunda Azərbaycan geniştərkibli nümayəndə heyəti ilə təmsil olunub.

Sahibkarlıq
Kazan Forumunda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair dəyirmi masa keçirilib
18:24
17 may 2024
Mahayət Nəbiyev: “Kristal Abşeron" tikintidə enerji qənaəti üçün innovativ texnologiyalarda istifadə edir
17:35
17 may 2024
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024