Ağdaşda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Ağdaşda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 26 oktyabr 2012 10:14 (UTC +04:00)
Bakı-APA. Ağdaş rayonunda avtomobil piyadanı vuraraq öldürüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 25-də saat 19.50 radələrində qeydə alınıb. Ağdaş rayonu ərazisində, Mingəçevir şəhər sakini Orxan Hüseynov "Mercedes" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında saxlanılmış "VAZ-21011" markalı avtomaşına vurduğundan idarəetməni itirib və hadisə yerinin yaxınlığında olan Mingəçevir şəhər sakini Habil Cəfərovu vurub. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR