Avropa Şurasının Baş Katibliyinin əməkdaşları Azərbaycana səfər edəcək

Avropa Şurasının Baş Katibliyinin əməkdaşları Azərbaycana səfər edəcək
# 04 oktyabr 2012 14:03 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanla AŞ arasında Fəaliyyət Planının vəziyyətinə dair jurnalistlərin sualına cavab verən baş katib bu məsələ ilə bağlı onun katibliyi tərəfindən Azərbaycana səfərin planlaşdırıldığını bildirib: “Azərbaycana səfərimiz gözlənilir və biz bu səfərimiz zamanı Azərbaycanla aramızdakı Fəaliyyət Planını müzakirə edəcəyik. Artıq belə bir səfər nəzərdə tutulub. Amma səfərin dəqiq tarixini hələlik deyə bilməyəcəyəm. Sadəcə razılaşmamız var ki, bu səfər baş tutsun, bu artıq dəqiqdir. Dəqiqləşdirim ki, ilkin mərhələdə mənim şəxsən ölkəyə səfərim gözlənilmir, Azərbaycana katibliyimizin əməkdaşları gedəcək. Amma Fəaliyyət Planı ilə bağlı razılaşma əldə ediləndən sonra mən özüm də Azərbaycana səfər edəcəyəm. Özü də bu səfər Cənubi Qafqaz regionu ölkələrinə deyil, yalnız Azərbaycana olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR