İDEA “Yaşıl Azərbaycan naminə” adlı növbəti ekoloji maarifləndirmə layihəsinə start verib - FOTOSESSİYA

İDEA “Yaşıl Azərbaycan naminə” adlı növbəti ekoloji maarifləndirmə layihəsinə start verib - <font color=red>FOTOSESSİYA</font>
# 24 sentyabr 2012 11:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün layihə üçün xüsusi hazırlanan “yaşıl avtobus”ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimi də keçirilib. Layihə ərzində kampaniya təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrinin şagirdləri üçün maarifləndirici seminarlar keçəcəklər.

Mərasimdə bildirilib ki, layihə çərçivəsində ölkənin 20-ə yaxın regionunda ekoloji təlimlər keçiriləcək. Layihədə 4 minə yaxın şagird qatılacaq. Layihənin keçirilməsində əsas məqsəd isə şagirdlərdə yaşıl düşüncənin formalaşdırılması olacaq. Növbəti 5 həftə ərzində isə komandalar respublikanın digər regionlarına da səfər edəcəklər.

Tədbirdə o da qeyd olunub ki, layihənin əsas məqsədi isə şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin İDEA kampaniyasının regionlarda “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir. Layihə çərçivəsində təlimçi kimi orta məktəb şagirdləri ilə çalışacaq könüllülər iştirak edəcək. Ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq 20 şəhərdə baş tutacaq.

Xatırladaq ki, İDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR