Azərbaycan enerji sistemində yeni rabitə vasitələrinin tətbiqini genişləndirir

Azərbaycan enerji sistemində yeni rabitə vasitələrinin tətbiqini genişləndirir
# 29 oktyabr 2012 11:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın enerji sistemində yeni rabitə vasitələrinin tətbiqi prosesi daha da sürətləndirilir.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, enerji sisteminin idarəetmə vasitələri şəbəkəsi enerji sisteminin ayrı-ayrı nöqtələrini yalnız fiziki birləşdirmir, eyni zamanda çoxlu sayda məlumatların (dispetçer idarəetmə sistemi, teleölçülər, mühafizə avtomatikasının məlumatları, audio-video informasiyalar və s.) ötürülməsini təmin edir.

«Enerji sistemində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir. stansiya və yarımstansiyaları əlaqələndirən fiber-optik kabel şəbəkəsi ilə yanaşı, regional elektrik şəbəkələri və paylayıcı elektrik şəbəkələrini əhatə edən korporativ şəbəkə də mövcuddur. Qarşıda duran əsas vəzifələrdən biri bütün respublika üzrə fiber-optik kabellərin çəkilməsinin başa çatdırılması və onun dairəvi formaya salınmasıdır», - deyə ASC-dən bildirilib.

Qeyd edək ki, Abşeron-Mingəçevir dairəvi xətti artıq Abşeronla Ağsunu birləşdirib. Dairəvi formaya salınmanın əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı hissədə nasazlıq və ya zədələnmə halı baş verərsə, əks tərəfdən müdaxilə etməklə çatışmazlığı operativ şəkildə aradan qaldırmaq mümkün olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR