Lənkəranda kişi meyiti tapılıb - VİDEO

Lənkəranda kişi meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 04 mart 2014 07:53 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda kişi meyiti tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, 45-50 yaşlarında olduğu ehtimal edilən kişi meyiti bu gün səhər saatlarında Lənkəran-Lerik şose yolunun Darquba kəndindən keçən hissəsində, “Armudluq” restoranının yanında aşkarlanıb. Hadisə yerinə dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Üzərində hər hansı zorakılıq əlamətlərinin olub-olmadığını aydınlaşdırmaq üçün meyit

Lənkəran Məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra meyitin şəxsiyyəti dəqiqləşdirilib. Onun 1968-ci il təvəllüdlü Darquba kənd sakini Vasif Həbib oğlu Rzayev olduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR