“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavələr edilib

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavələr edilib
# 25 fevral 2014 11:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavələr layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, layihəyə əsasən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarda xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik nümayəndəliklərin mühafizə idarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR