İstanbulda Xocalı soyqırımının ildönümünə həsr edilmiş anım tədbiri keçirilib - FOTO

İstanbulda Xocalı soyqırımının ildönümünə həsr edilmiş anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 23 fevral 2014 16:39 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi tədbirdə çıxış edən dərnək başqanı Səfər Qaraqoyunlu bu faciənin dünyada soyqırım kimi tanınması üçün qüvvələri səfərbər etməyə çağırıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov “Xocalı həftəsi” çərçivəsində Türkiyənin müxtəlif bölgələrində 50-yə qədər tədbir keçirilməsinin planlaşdırıldığını bildirib.

MHP İstanbul millət vəkili Atilla Kaya isə Xocalı soyqırımının baş vermə səbəblərindən danışıb. CHP İstanbul millət vəkili Ali Özgündüz isə çıxışında Xocalı soyqırmını “XX əsrin Kərbəlası” adlandırıb. Millət vəkili Ermənistanın apardığı etnik təmizləmə siyasəti barədə də geniş bəhs edib.

Azərbaycandan dəvət olunmuş millət vəkili Elman Məmmədov həm də Xocalı soyqırımının şahidi və yaxınlarını bu faciədə itirmiş şəxs kimi çıxış edib. Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək əzmində olduğunu vurğulayan deputat bu soyqırımın dünyada tanınması üçün türk birliyinin dəstəyinin də önəmli şərt olduğunu qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR