Bakıda 76 yaşlı qadın özünü yandırıb

Bakıda 76 yaşlı qadın özünü yandırıb
# 18 fevral 2014 13:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 76 yaşlı qadın özünü yandıraraq intihara cəhd edib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Asif Məhərrəmov küçəsi-38 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Şəfiqə Quliyeva özünü yandıraraq intihara cəhd edib.

Ş.Quliyeva ağır yanıq xəsarətləri ilə 5 saylı Klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Onun intihara cəhd etməsinin səbəbi hələlik bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR