Azərbaycan yaxın vaxtlarda Qırğızıstan və Tacikistanla STEFI sistemi üzrə pul köçürmələrinə başlayır

Azərbaycan yaxın vaxtlarda Qırğızıstan və Tacikistanla STEFI sistemi üzrə pul köçürmələrinə başlayır
# 19 fevral 2014 13:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azərpoçt» MMC daha iki ölkənin poçt operatorları ilə STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzərindən elektron pul köçürmələrinin mübadiləsinə başlamaq niyyətindədir. «APA-Economics»in «Azərpoçt»a istinadən verdiyi məlumata görə, poçt müəssisəsi bu işə 2014-cü ilin birinci yarısının sonuna kimi start verməyi nəzərdə tutub.

Hazırda Qırğızıstanın poçt operatoru ilə əldə edilmiş razılaşma əsasında bu ölkə ilə STEFI üzərindən elektron pul köçürmələri sistemi testləşdirilir.

«Qırğızıstanla sistemin testləşdirilməsi üzrə işlər mart ayının sonuna kimi başa çatdıqdan sonra, Tacikistanın poçt operatoru ilə analoji sistemin testləşdirilməsinə başlanacaq. Tacikistanla elektron pulköçürmələri sistemi üzrə işlər bu ilin birinci yarısında başa çatmalıdır», - deyə «Azərpoçt»dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR