Azərbaycan və NATO arasında İPAP-ın IV mərhələsinin cari ilin aprel-may aylarında razılaşdırılması gözlənilir

Azərbaycan və NATO arasında İPAP-ın IV mərhələsinin cari ilin aprel-may aylarında razılaşdırılması gözlənilir
# 26 fevral 2014 12:45 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindəki mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, İPAP-ın yeni mərhələsində, əsasən, 2013-cü ilin sonlarında təsdiqlənmiş Azərbaycanın Dəniz Təhlükəsizliyi Strategiyasının icrası ilə bağlı məsələlər, həmçinin enerji təhlükəsizliyi və nəqliyyat infrastrukturunun mühafizəsi, texniki modernləşmə və s. nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və NATO arasında İPAP-ın icrasında 2005-ci ildən başlanılıb.

İPAP-ın mətni digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq Azərbaycanda ictimaiyyət üçün qapalı saxlanılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR