Misirdə avtobusla yük avtomobilinin toqquşması nəticəsində ən azı 16 nəfər ölüb

Misirdə avtobusla yük avtomobilinin toqquşması nəticəsində ən azı 16 nəfər ölüb
# 11 mart 2014 00:55 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi avtomagistralın su altında qalmış hissəsində baş verib.

Asyut şəhər polisinin məlumatına əsasən, avtobusun sürücüsü idarəetməni itirərək yük avtomobilinə çırpılıb və aşıb.

Qeyd edək ki, ötən istirahət günləri Misirdə şiddətli yağışlar qeydə alınıb, bu isə bir sıra regionlarda fəsadlar törədib. Belə ki, martın 9-da Xurqada kurort şəhəri yaxınlığında yolun su altında qalmış hissəsində avtobusun aşması nəticəsində 8 nəfər ölüb, onlarla adam xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR