Rövnəq Abdullayev: “AVRO-2016-ya vəsiqə qazanmaq şansımız var”

Rövnəq Abdullayev: “AVRO-2016-ya vəsiqə qazanmaq şansımız var”
# 07 mart 2014 12:55 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.


Bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirən assosiasiya rəhbəri millimizin AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq imkanının olduğunu söyləyib: “Çətin qrupa düşmüşük. Qrupdan çıxmaq şansımızı 50-nin 50-yə dəyərləndirirəm”.

Abdullayev xarici çempionatlarda top qovan gənc oyunçuların milli komandalarımıza cəlb edilməsinə də münasibət bildirib: “Əgər Almaniya və Türkiyədə çıxış edən gənc oyunçular Azərbaycan millisinin formasını geyinmək istəyirlərsə, niyə də olmasın? Almaniya çempionatının 2-ci divizionunda çıxış edən futbolçuların səviyyəsi bizim birincilikdə oynayanlardan üstündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR