Masallıda zəncirvari yol qəzası baş verib, iki nəfər yaralanıb - VİDEO

Masallıda zəncirvari yol qəzası baş verib, iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 13 mart 2014 22:26 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 13-də saat 22.00 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Mahmudavar kəndindən keçən hissəsində qeydə alınıb. Masallının Bədələn kənd sakini, 1989-cu il təvəllüdlü Habil Oruc oğlu Babayevin idarə etdiyi “VAZ-2106” markalı, 44 BC 525 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən rayonun Mahmudavar kənd sakini, 1936-cı il təvəllüdlü Əbdülrəhim Fərman oğlu Cəbiyevin idarə etdiyi “VAZ-2107” markalı, 44 BN 367 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil hərəkət zolağından çıxaraq rayonun Bədələn kənd sakini, 1992-ci il təvəllüdlü Fariz Xanhüseyn oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı, 90 XA 387 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. “VAZ-2107” markalı avtomobil isə yolun kənarında dayanmış rayonun Mahmudavar kənd sakini, 1990-cı il təvəllüdlü Röyal Gülmirzə oğlu Kərimova məxsus “VAZ-2106” markalı, 10 LX 943 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə hər dörd avtomobilə ciddi ziyan dəyib, həmçinin birinci avtomobilin sürücüsü Habil Babayev və onun yanındakı sərnişin, rayonun Bədəlan kənd sakini İxtiyar Bəxtiyar oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı şose yolda nəqliyyat vasitələrinin hərəkəti 1 saata yaxın məhdudlaşıb. Yol polisi əməkdaşlarının hadisə yerinə gəlməsi ilə gərginlik aradan qaldırılıb.

İlkin versiya kimi qəzanın avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın nəticələrindən sonra bəlli olacaq.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR