“Apasport”un 7 yaşı tamam olur

“Apasport”un 7 yaşı tamam olur
# 05 mart 2014 13:49 (UTC +04:00)

APA Holding” MMC-yə daxil olan “Apasport” Azərbaycanın ilk və yeganə idman agentliyi kimi 2007-ci ildə fəaliyyətə başlayıb. Həmin il Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən “Apasport” Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Agentliyin saytında təkcə Azərbaycanda deyil, ölkədən kənarda da təşkil olunan önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir.

“Apasport”un satı Azərbaycan və rus dillərində xəbərlər yayır.

“apasport.az” Azərbaycanda ən reytinqli, ən çox oxunan saytlardan biridir.

Həmkarlarımızı ad günü münasibətilə təbrik edirik!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR