«Azerspace»dən gürcü telekanalları yayımlanacaq

«Azerspace»dən gürcü telekanalları yayımlanacaq
# 03 mart 2014 11:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Gürcüstanın bir neçə telekanalı «Azerspace/Africasat-1a» peyki vasitəsilə yayımlana bilər. «APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda bu ölkənin «Obieqtivi TV», «2TV», «Comedy Arkhi», «Vip TV», «Trialeti», «TV 3», «GDS TV» və «Quality Channel» telekanallarının test yayımı həyata keçirilir.

«Azərkosmos» ASC-dən bildirilib ki, adıçəkilən kanalların test yayımı uğurla həyata keçirilir və özünün çanaq antenasını «Azerspace/Africasat-1a» peykinə tuşlayan vətəndaşlar rahat şəkildə həmin kanallara baxa bilərlər.

Qeyd edək ki, ötən il fəaliyyətə başlayan Azərbaycanın ilk telekommunikasiya peyki üzərindən 60-dan artıq yerli və xarici televiziya və radio kanalı yayımlanır. Bunların 51-i televiziya, 13-ü isə radio kanalıdır. Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR