Rusiyada 3,7 milyon miqrant qanunsuz əmək fəaliyyəti ilə məşğul olur

Rusiyada 3,7 milyon miqrant qanunsuz əmək fəaliyyəti ilə məşğul olur
# 29 aprel 2014 09:50 (UTC +04:00)

APA-nın Moskva müxbiri xəbər verir ki, bu sözləri Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski deyib.

Onun sözlərinə görə, hazırda 3,7 milyon nəfər miqrant qanunsuz olaraq Rusiya ərazisində əmək fəaliyyəti göstərir: "Həmin miqrantların çoxu MDB ölkələrindən gələnlərdir. Onlar qanuni olaraq bizim ölkəmizə gəlirlər, lakin qanunda nəzərdə tutulmuş müddətdən artıq Rusiya ərazisində qalırlar. Onların çoxu bilərəkdən bu qanun pozuntusuna yol verir. Çünki ölkəsinə qayıtmağın maddi cəhətdən perspektivli olmadığını başa düşülər. 3,7 milyon nəfər miqrantın 40 faizi 17-29 yaş arasında olanlardır ki, onların da əksəriyyəti rus dilini bilmirlər".

Qeyd edək ki, keçən ay FMX rəisinin müavini Anatoli Kuznetsov Rusiya ərazisində 3 milyona yaxın qanunsuz miqrantın olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR