Gənc Tamaşaçılar Teatrında Şekspirin 450 illiyinə həsr olunmuş tədbir keçirilib

Gənc Tamaşaçılar Teatrında Şekspirin 450 illiyinə həsr olunmuş tədbir keçirilib
# 21 aprel 2014 13:05 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Aprelin 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin 450 illiyinə həsr olunmuş tədbir keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artisti Mübariz Həmidov, “British Council” Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uayt çıxış ediblər.

M. Həmidov çıxışında Azərbaycan teatrının inkişafında Şekspir yaradıcılığının müstəsna rolunu diqqətə çatdıraraq dramaturqun böyük müvəffəqiyyətlə səhnələşdirilmiş əsərlərindən danışıb. E. Uayt bildirib ki, U. Şekspirin həm faciə, həm də komediya janrlarındakı əsərləri dünya şöhrəti əldə edərək, dünyanın bir çox dillərinə tərcümə olunub və səhnələşdirilib.

Tədbirdə dramaturqun Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Romeo və Culyetta” tamaşası nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR