Şəmkirdə baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb

 Şəmkirdə baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 27 iyun 2014 06:45 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində VAZ və BMW markalı minik avtomobilləri toqquşub.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, VAZ markalı minik avtomobilində olan sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən VAZ markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR