Azərbaycan ərazisində havanın temperaturu yüksəlir - VİDEO

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 11:06 (UTC +04:00)

Bakı. Kamil Kamilqzı – APA. Bakı və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24 dərəcə isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25 dərəcə isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 20-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 21-22-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR