Azərbaycan səfiri etimadnaməsini Fici prezidentinə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnaməsini Fici prezidentinə təqdim edib - <span style="color: red;">FOTO
# 16 may 2014 13:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov 12-15 may tarixində etimadnaməsini Fici prezidentinə təqdim etmək və digər işgüzar görüşlər keçirmək məqsədilə Fici Respublikasına 3 günlük rəsmi səfər edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 13-də Fici prezidenti, briqada generalı Ratu Epeli Nailatikau səfir Rövşən Cəmşidovu hökumət binasında qəbul edib.

Etimadnamənin təqdim edilməsindən sonra prezident Nailatikau ilə R. Cəmşidov arasında görüş keçirilib. Prezident R. Cəmşidovu Azərbaycanın ölkəsinə təyin edilmiş ilk səfiri kimi təbrik edərək bu təyinatın ölkələr arasında əlaqələri daha da inkişaf etdirəcəyinə ümid bəslədiyini deyib. O, Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə Fici sülhməramlı qüvvələrinin İraqa göndərilməsinə göstərdiyi dəstəyə görə öz xüsusisi təşəkkürünü bildirərək Azərbaycan prezidentinə və Azərbaycan xalqına salamlarının çatdırılmasını xahiş edib.

R. Cəmşidov isə fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Səfir Fici baş nazirinin daimi katibi Pio Tikoduadua, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin daimi katibi Amena Yauvoli ilə də tanışlıq görüşləri keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR