İranda iki nəfər əhalinin gözü qarşısında edam edilib

İranda iki nəfər əhalinin gözü qarşısında edam edilib
# 17 fevral 2014 06:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində iki nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbuslar adam oğurluğu, quldurluq və təcavüzdə günahlandırılaraq əhalinin gözü qarşısında asılıblar.

Onların ad və soyadlarının yalnız baş hərfləri qeyd olunub, həmçinin 23 və 37 yaşlarında olduqları bildirilib.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 15-də səhər saatlarında Kərəc şəhərində icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR