Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə prosesinə sədrlik edəcək hakimin adı məlum olub

Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə prosesinə sədrlik edəcək hakimin adı məlum olub
# 18 fevral 2014 07:58 (UTC +04:00)

APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova verilib. İş üzrə hazırlıq iclasının vaxtı yaxın vaxtlarda təyin olunacaq.

Qeyd edək ki, P.Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

P.Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR