Krımda Rusiya xüsusi təyinatlılarının olduğu təsdiqlənsə, Ukrayna NATO-ya müraciət edəcək

Krımda Rusiya xüsusi təyinatlılarının olduğu təsdiqlənsə, Ukrayna NATO-ya müraciət edəcək
# 27 fevral 2014 13:18 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu parlament kuluarlarında Ukrayna baş nazirinin I müavini postuna namizəd olan Vitali Yarema deyib.

“Ümid edirəm ki, Krımda olanlar rusiyalı xüsusi təyinatlılar deyil. Çünki əgər onların rusiyalı xüsusi təyinatlılar olduğu təsdiqlənsə, bu, artıq xarici dövlətin təcavüzü kimi qiymətləndiriləcək və nəticədə NATO-ya müraciət olunacaq. Ümid etmək istərdim ki, Krımda tezliklə zərərsizləşdirə biləcəyimiz hansısa cinayət qruplaşması fəaliyyət göstərir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR