Bakıda yol polisi dayanma və durma qaydasını pozan sürücülərə qarşı reyd keçirir

Bakıda yol polisi dayanma və durma qaydasını pozan sürücülərə qarşı reyd keçirir
# 27 fevral 2014 13:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol polisi reyd keçirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt sakinlərinin idarəyə yol kənarlarında avtomobillərin dayanma və durma qaydasını pozulması ilə bağlı çoxsaylı şikayətini nəzərə alaraq, yol polisi paytaxtın Bülbül prospektində reydlərə başlayıb.

Reydlərdə dayanma və durma qaydasını pozan avtomobillər ərazidən evakuasiya edilir və ya yerindəcə “bort” kompüterlər vasitəsilə inzibati protokol tərtib edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR