Bakı Metropoliteni yeni stansiyalarda daha müasir texnologiyalar tətbiq edəcək

Bakı Metropoliteni yeni stansiyalarda daha müasir texnologiyalar tətbiq edəcək
# 17 fevral 2014 14:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteninin yeni tikilən beş stansiyasında daha müasir avadanlıqların və sistemlərin tətbiqi planlaşdırılır. Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, Fransanın «Thales» şirkəti öz texnologiyalarının imkanları ilə bağlı quruma təklif göndərib.

Müəssisədən bildirilib ki, şirkətin təklif etdiyi texnologiya hərəkətə mərkəzləşdirilmiş avtomatik nəzarət sistemindən (MANS) ibarətdir: «Bizə Fransanın «Thales» şirkətindən təklif gəlib. Bu texnologiya metronun yeni tikilən stansiyalarında tətbiq oluna bilər. Hazırda bu təklif nəzərdən keçirilir».

Qeyd edək ki, «Thales» şirkəti Bakı Metropoliteninin yeni beş stansiyasında avadanlıqların modernləşdirilməsinin ilkin planlaşdırılmasını hazırlayıb.

Təhlükəsizlik və nəqliyyat sahəsində 65 ölkədə nümayəndəliyi olan bu şirkət müştərilərinə müdafiə və təhlükəsizlik, yerüstü və hava nəqliyyatı sahəsində texnologiya və avadanlıqlar təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR