Bakıda 2 otaqlı evdə yanğın olub

Bakıda 2 otaqlı evdə yanğın olub
# 01 mart 2014 19:25 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR