Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
# 15 mart 2014 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 14-ü saat 04:30 radələrində, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi F. Kərimov küçəsində naməlum avtomobil qəsəbə sakini, 1967-ci il təvəllüdlü Tariyel Hüseynovu vurub və o aldığı xəsarətdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törədən Bakı şəhər sakini Rəşad Eyvazov idarə etdiyi «Niva» markalı avtomobillə birlikdə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR